Xəbər lenti

Ukrayna minatəmizləmə işlərinə daha çox qadını cəlb etməyi planlaşdırır
Dünya12:54 30.04.2024

Ukrayna minatəmizləmə işlərinə daha çox qadını cəlb etməyi planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadınların mina əməliyyatlarında iştirakı artıq 30% təşkil edir. Ukrayna belə iştirakı artırmağa çalışır.
Qaynarinfo Ukrayna İqtisadiyyat nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko deyib. 
"Gender bərabərliyi Ukraynanın inteqrasiya, inklüzivlik və bütövlük prinsiplərinə əsaslanan siyasətinin tərkib hissəsi hesab olunur. Bu, bütün fəaliyyət növlərinə, o cümlədən minalardan təmizləmə kimi mühüm sahələrə aiddir”, - ukraynalı nazir bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynada artıq nəzərə çarpan nəticələr var: bütün dövlət və qeyri-dövlət operatorları arasında qadınların cəlb edilməsinin orta səviyyəsi təxminən 30% təşkil edir ki, bu da NATO-nun "Qadınlar, sülh və təhlükəsizlik” gündəliyinə uyğundur.
"Biz qadınların mina əməliyyatı operatorlarının fəaliyyətində iştirakını artırmağa çalışırıq”, - Sviridenko əlavə edib.
Nizami Bağırov