Xəbər lenti

Bakıda terror hazırlayan İŞİD-çi məhkəmə qarşısında
Ölkə 13:43 13.01.2018

Bakıda terror hazırlayan İŞİD-çi məhkəmə qarşısında

Terrorçuluğa cəhddə və silahlı cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Fərid Sadıqov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, "Əbdülxaliq" dini ləqəbli F.Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib. Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar. Dəstə üzvləri Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı öldürülüb, F.Sadıqov isə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun şikayəti üzrə məhkəmə prosesinin ilkin baxış iclası yanvarın 16-na təyin edilib. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov sədrlik edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->