Foto 10:54 10.09.2020

Bakıda tikilən yeni "mall" belə olacaq (FOTO/VİDEO)

Bakıda tikilən "Zefir Mall" ticarət mərkəzinin yeni görüntüləri yayımlanıb. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, "Zefir Mall" alış-veriş və əyləncə mərkəzi Bakı dairəvi avtomobil yolunun yaxınlığında, Yasamal yaşayış kompleksinin ərazisində yerləşəcək.

6500 kvadrat metr sahəni əhatə edən ticarət mərkəzində alış-veriş və əyləncə məkanları, müxtəlif mağazalar, həmçinin kafe və restoranlar da fəaliyyət göstərəcək.