Bakının Binəqədi rayonunda kütləvi dava olub.
Qaynarinfo report-a istinadən xəbər verir ki, 9 mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.
Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər