Bakıda tuneli bağlayıb əylənənlər hansı məmurların övladlarıdır? (VİDEO)
Bakıda tunellərin birinin altında gözlənilməz hadisə baş verib.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, toya getməyə hazırlaşan bir qrup gənc maşınları ilə tuneli bağlayıb. Bundan sonra isə rəqs etməyə başlayıblar.
Bu vəziyyət sürücülərin narazılığına səbəb olub. Digər sürücülər hadisəyə etiraz olaraq dayanmadan siqnal verməyə başlayıblar.
Qeyd edək ki, videonu paylaşanlar tuneli bağlayanların məmur övladları olduğunu iddia ediblər.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yayılan videonun köhnə material olduğu hiss edilir: "Bu video ilə bağlı araşdırmalara başlanılıb. Hələ ki, məkan, tarix barədə məlumat yoxdur. Araşdırmaların nəticəsi bitdikdən sonra ictimaiyyətə məlumat veriləcək”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər