Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanan "Olar? Olmaz!" da inanılmaz görüntülər qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, İlyas Həşimov adlı şəxs teleaparıcıya müraciət edərək avtomobilinin ondan xəbərsiz satıldığını bildirib. İlk baxışdan sıradan bir xəbər kimi görünsə də, sonradan maraqlı faktlar ortaya çıxıb. Bəlli olub ki, İlyas Həşimov Binəqədi rayonu ərazisində Şəhrur adlı usta ilə tanış olub. Usta avtomobili necə lazımdır təmir edəcəyini bidlirib. Hələ əlavə ödəniş də alıb. Daha sonra günləri ayalara satan usta bir gün qərara gəlib avtomobili hissələrə bölüb satır. Bu azmış kimi İlyas bəyin kasıbçılıqından istifadə edərək onu aldatmaqıda bacarır. İş Binəqədi rayon polis idarəsinə kimi yüksəlir. Maraqlı məsələ ondan ibarətdir ki, işə baxan müstəntiq Ramil adlı şəxs İlyas bəylə ustanın görüşünü gerçəkləşdirə bilmir. Amma digər usta adı sadəcə hallanan Ramin adlı şəxs isə dindirilir. İlyas bəyin istəyi isə yarımçıq qalır. O, usta Şəhrur bəylə görüşə bilmir ki bilmir.
Adı hallanan Ramil adlı müstəntiqlə əlaqə saxlayan teleaparıya qarşı tərəf "danışa bilmirəm" deyərək cavab verib. Daha sonra Amil Xəlil Şəhrur bəylə görüşə bilir. Adam bütün iradları qəbul edir. Hətta İlyas Həşimova dəymiş ziyanı 10 gün ərzində ödəyəcəyini söz verib
Şərhlər