Naxçıvan Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi birgə məlumat yayıb.
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, 2020-ci il iyun ayının 26-dan etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsi prosesi 15 avqust 2020-ci il tarixinədək uzadılıb.
Şərhlər