Xəbər lenti

Bakıda vəzifəli şəxs faciəvi şəkildə öldü - TƏFƏRRÜAT
Ölkə 10:17 24.12.2018

Bakıda vəzifəli şəxs faciəvi şəkildə öldü - TƏFƏRRÜAT

Dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobilin vurub öldürdüyü Süleymanlı Ləman Rafiq qızı "AzərTürkBank”da şöbə rəisi vəzifəsində çalışırmış. Hadisə o, işdən evə qayıdarkən baş verib. 
 
Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin "Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o tutulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->