Bakıda virus əleyhinə istifadə olunan tibbi maskalar tapılmır.
Bu barədə məlumat Qaynarinfo-ya Bakı apteklərindən daxil olub.
Məlumatı dəqiqləşdirmək üçün Bakıda apterkərin bir neçəsi ilə əlaqə saxladıq. Həmin aptekin satıcılarınin sözlərinə görə, artıq 3 gündür ki, tibbi maskalar satılıb qurtarıb:
"Bir neçə gündür ki, tibbi maskalar satışda yoxdur. Əvvəl çox olardı. Amma indi yoxdur. İstər qara, istərsə də ağ - heç birini tapmaq olmur. Müraciət edənlər isə çoxdur”.
Səhiyyə Nazirliyinin nə düşündüyünü öyrənmək isə həmişəki kimi mümkün olmadı.
Bahar Rüstəmli
Şərhlər