Xəbər lenti

Bakıda “Vitr fitness” idman mərkəzi açıldı - FOTOLAR
Ölkə 18:40 25.08.2016

Bakıda “Vitr fitness” idman mərkəzi açıldı - FOTOLAR

Ötən gün Yasamal rayonu, Həsən Məcidov küçəsi 3 ünvanında müasir standartlara cavab verən “Vitr fitness” idman mərkəzinin açılışı olub. Burada yeniyetmə və gənclərin idmanla məşğul olması üçün hər bir şərait yaradılıb.  

Tədbirdə çıxış edən mərkəzin direktoru Vüqar Namazov deyib ki, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək olmağı özünə mənəvi borc bilib: “Bu idman mərkəzinin maddi-texniki bazası müasir standartlara cavab verir”.

Qeyd edək ki, burada həm ümumi, həm də qadın fitness zalı fəaliyyət göstərir. 

Mərkəzdə çalışan peşəkar məşqçilər isə bu sahəyə aid müxtəlif idman növlərində dünya, Avropa və ölkə çempionluğunu qazanmış şəxslərdirlər. Bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növü olan fitneslə məşğul olmaq istəyənlər mərkəzə üz tuta bilərlər.

Mərkəzin açılışında məşhurlardan Fəxriyyə Xələfova, Murad dadaşov, Etibar Babayev, Rufat Ağayev, Kamil Zeynallı və başqaları  iştirak ediblər.

Qaynarinfo.Az

--> -->