Xəbər lenti

Quba RİH bir binanın təmirinə 148 min xərcləyəcək -
Ekonomiks 18:20 30.04.2026

Quba RİH bir binanın təmirinə 148 min xərcləyəcək - "VNM İnşaat"la müqavilə

Quba Rayon İcra Hakimiyyəti Fətəli Xan küçəsi 2b ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu yaşayış binasının əsaslı təmirinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "VNM İnşaat” şirkəti seçilib. Təmir işləri üçün şirkətə 148 443,98 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur.

"VNM İnşaat” MMC-nin qanuni təmsilçisi Vüqar Nağıyev həm də "VNM Servis” və "VNM İnvest” şirkətlərinin rəhbəri olub. 

"VNM İnşaat” MMC haqqında açıq mənbələrdə heç bir məlumat olmasa da, şirkət satınalma müsabiqələrində fəal iştirak edir və iri məbləğli tenderlərin qalibi seçilir.

Seyid
--> -->