Foto 19:23 21.09.2020

Bakıda yanğın tıxaca səbəb oldu (FOTO)

H.Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

O qeyd edib ki, bu səbəbdən də Heydər Əliyev Hava Limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.