Bu gün Bakının bir sıra rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq. «Azərsu» ASC-yə Qaynar.info-ya verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində («Koroğlu» metro stansiyasının yaxınlığında) 700 mm diametrli magistral su xətti üzərində yeni siyirtmə quraşdırılır. Bununla əlaqədar avqustun 17-də gün ərzində Nizami, Xətai, Nərimanov və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abunəçilərdən üzr istəyir.
Qaynar.info
Şərhlər