"Yeni qəbiristanlıqların salınması məsələsi çoxdandır müzakirə edilir, amma gündəmdə deyil”.
Bu sözləri Lent.az -a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib. O bildirib ki, yeni qanunla qəbiristanlıqlar bələdiyyələrə verilir:
"Biz Bakı şəhərində 32 qəbiristanlığa nəzarət edirdik, artıq onlardan 13-ü bələdiyyələrə verilib. Digərlərinin isə bələdiyyələrə verilmə prosesi davam edir.
Ümumiyyətlə, şəhər mərkəzlərindəki qəbiristanlıqlarda sıxlıq var, ancaq Hövsanda, Buzovnada, Binəqədidə, eləcə də Mərdəkanda rahatlıqla qəbir yerləri tapmaq mümkündür.
Düşünürəm ki, şəhərdə yeni qəbiristanlıqlar salınmalıdır. Bununla isə bələdiyyələr məşğul olacaqlar. Belə ki, gələcəkdə bələdiyyələrin əlavə torpaqları olarsa, onlar yeni qəbiristanlıqlar sala bilərlər”.
S.Həsənov əlavə edib ki, qurum bələdiyyələrə qalan qəbiristanlıqları da təhvil verdikdən sonra, nəzarətində Fəxri Xiyabanlar və Şəhidlər Xiyabanı qalacaq.
Şərhlər