Ölkə 21:58 22.09.2020

Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub

Bakıda Heydər Əliyev prospektində - Əmircan-Bülbülə döngəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. 

Qaynarinfo  xəbər verir ki, hazırda qeyd edilən ərazidə hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər piyada vurulub.