Bu gün səhər saatlarında paytaxtın Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.
Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.
"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", - qurum bəyan edib.
Şərhlər