Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli son zaman içkidən zəhərlənmə ilə bağlı məsələ münasibət bildirib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, sədr keçirdi mətbuat konfransında bildirib ki, "BAKU City" kafesində dekabrın 23-də məlumat daxil olub:
"Həmin vaxtdan AQTA-nın ekspertləri və respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələr aparılıb. İki saat ərzində "Chivas Regal 12" saxtalaşdırılmış kustar şəkildə istehlaka verilən içkini tərkibində metil spirti 76,6 faiz aşkar edilib.
Bu da insan sağlamlığı üçün çox zərərlidir. Hüquq mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlər başlayıblar. "Baku City", "Everest", "Piano", "Madonna" restoranlarında və Abşeron qəsəbəsində bir evdə zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb.
"Baku City" və "Everst" fəaliyyəti məhdudlaşdırılıb. Hazırda "Piano" və "Madonna"da araşdırma aparılır.
"Hashdag" restoranında da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır.
"Ötən gün "Madonna" restoranında bir ailənin üzvləri də viskidən zəhərlənib. Bu da insan orqanizmi üçün çox zərərlidir. Təəsüf ki, ictimai iaşə obyektlərinin sahibləri hələ də kustar üsulla hazırlan içkiləri insanlara təqdim edir".
Q.Təhməzli sahibkarlara müraciət də edib. O bildirib ki, ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barlarının, restoran, kafelərin rəhbərləri müraciət edirlər:
"Bu, cinayət işidir. Bu içkinin saxtalaşdırılması faktı texniki spirt olan metanolun Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayə götürülən evdə hazırlandığı aşkar edilib. İctimai iaşə obyektlərinin sahibləri də məsuliyyətini dərk etməyərək onlarla bağlı həmin şəxslər cinayətdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir. Obyektlərin sayı 5-10 olsa da, aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Sahibkarlar öz məsuliyyətlərini dərk etməyə çağırıram".
Şərhlər