Ekonomiks 17:30 08.04.2019

Bakıdan Moskvaya uçan təyyarə qəza enişi etdi

Bakı-Moskva marşrutu üzrə hərəkət edən "Gulfstream" şirkətinə məxsus təyyarə aprelin 8-də səhər saatlarında "Şeremetyevo" hava limanına qəza enişi edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Müşahidə kameralarından olan qeydlərdə görünür ki, təyyarə uçuş-enmə zolağına düşdükdən sonra asfalt örtükdən kənara çıxıb. Nəticədə təyyarənin şassisinin dirəkləri qırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.