Bakıdan rayonlara gediş-gəlişlə bağlı nə xəbər var?

Bakıdan rayonlara gediş-gəlişlə bağlı nə xəbər var?

Bakıdan rayonlara sərnişinlərin gediş-gəlişi ilə bağlı qərar Operativ Qərargah tərəfindən veriləcək.

Bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Nuridə Allahyarova bununla bağlı quruma hər hansı bir məlumatın daxil olmadığını bildirib:

"Rayonlararası və şəhərlərarası sərnişindaşıma xidmətinin fəaliyyətinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq mart ayından məhdudiyyət qoyulub".

Qeyd edək ki, 2020-ci ilin mart ayında Nazirlər Kabineti ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edib. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR