Bakıdan Sumqayıta gediş-gəlişin qadağan olunma xəbərinə rəsmi reaksiya

Bakıdan Sumqayıta gediş-gəlişin qadağan olunma xəbərinə rəsmi reaksiya

Sosial şəbəkə istifadəçilərinin məlumatlarına görə, Bakıdan Sumqayıta giriş qadağan edilib, bunun üçün xüsusi postlar qurulub.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, icaze.e-gov.az portalında qeydiyyatdan keçən şəxslərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb:

"Kim, hansı məqsədlə belə bir məlumat yayıb, deyə bilmərəm. Fakt budur ki, Bakı, Sumqayıt ərazisində fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir. Sadəcə portalda adı olmayan şəxslər Sumqayıtdan Bakıya buraxılmır. Amma kimlərin ki, fəaliyyət, iş yeri Bakıdır, onlar sərbəst hərəkət edə bilirlər”.

K.Əliyev bildirib ki, bu məhdudiyyət karantin rejiminin tələblərinə daxildir və yeni tətbiq edilmir.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR