Xəbər lenti

Bakının 3 rayonu təhlükədə
Ölkə 19:57 04.11.2017

Bakının 3 rayonu təhlükədə

"Binəqədi I mədən yaşayış sahəsi, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb”.
 
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
O bildirib ki, Sabunçu rayonunda - Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası, Zabrat-Məhəmmədi və Savalan subasma sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.
 
Ekspedisiya rəisi qeyd edib ki, Xəzər rayonu Qala qəsəbəsi subasma sahəsində də aktivləşmə müşahidə olunub.
 
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->