Ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri ilə əlaqədar bütün parklara giriş məhdudlaşdırılıb.
Qaynarinfo Xezerxeber.az-a istinadla məlumat verir ki, küçələrdə olan vətəndaşlar da yalnız zəruri hallarda evdən çıxdıqlarını deyirlər. Əksəriyyəti isə qayda və tövsiyələrə əməl edirlər.
İnsanların adətən gur olduqları yerlərdə də eyni mənzərə yaşanır. Kafe, restoran və həyati əhəmiyyəti olmayan digər iaşə obyektləri bağlı olduğundan mərkəzi küçələr boş qalıb.
Qeyd edək ki, sosial izolyasiya tədbirləri qarşıdakı aprel ayı boyunca da davam etdiriləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər