Ölkə 12:45 01.11.2017

Bakının bu rayonları su üzünə həsrət qalacaq

Bakının Nəsimi və Nərimanov rayonlarında su olmayacaq.

"Azərsu" ASC-dan verilən məlumata görə, magistral xətlərdə təmir-bərpa işləri ilə əlaqədar 01 noyabr 2017-ci il tarixində gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
 
Qaynarinfo.Az