Ölkə 14:10 11.12.2019

Bakının bu rayonu susuz qalacaq

Bakının Səbail rayonunun bəzi ərazilərində su olmayacaq.
 
Qaynarinfo xəbər verir ki, "Azərsu” ASC-dən verilən məlumata görə, Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.