Ölkə 09:32 01.11.2017

Bakının mərkəzində məşhur restoran yandı

Dünən gecə saatlarında şəhərin mərkəzində yerləşən məşhur restoranda yanğın baş verib.

"Qaynarinfo" Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın gecə saat 23:00 radələrində başlayıb.

Nizami küçəsində yerləşən və Namiq Qədirova məxsus olan "Pizza İnn"in mətbəxində yanğın başlayıb. 

Yanğın hadisə yerinə çağırılan yanğınsöndürənlər tərəfindən söndürülüb, xəsarət alan olmayıb.
 
Qaynarinfo.Az