Xəbər lenti

Bakının yeni icra başçısı kim olacaq? - DOSYE
Ölkə 18:37 21.04.2018

Bakının yeni icra başçısı kim olacaq? - DOSYE

Xəbər verildiyi kimi Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla baş nazirin müavini vəzifəsinə təyin olunub.

Ölkənin bir nömrəli şəhərinin - paytaxtının yeni merinin kim olacağı ilə bağlı sualın cavabı da böyük maraq doğrurur.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu posta Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlunun təyin olunması gözlənilir.

Bu barədə Qaynarinfo-nu bilgiləndirən mənbənin sözlərinə görə, sabiq Gənclər və İdman naziri Azad Rəhimovun qudası olan Niyazi Bayramovun bu vəzifəyə gətirilməsinin bir çox səbəbləri var. Azad Rəhimovun isə səhhəti ilə əlaqədar olaraq istirahətə göndərildiyi bildirilir.

DOSYE:

Niyazi Bayramov 1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.

Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.

1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.

1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qarabağ müharibəsi iştirakçısıdır.

Ailəlidir. 2 övladı var.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->