"Baku Bus"ın avtobusu maşınla toqquşdu, xəsarət alan var (FOTO)

Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

Qaynarinfo "Report"un məlumatına əsasən xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib. Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "BakuBus" avtobusu 2 minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR