Baku Juniors komandası AFFA Yüksək Qızlar Liqasında ilk oyuna çıxıb
Dekabrın 22-si AFFA YQL-da ikinci turun oyunları keçirilib. Baku Juniors komandasının ilk turdakı oyunu təxirə düşdüyündən, bu onların mövsümdə ilk oyunu olub. Komanda doğma meydanda Qəbələ klubunu qəbul edib. Görüş Baku Juniors-un 4-0 hesablı inamlı qələbəsilə yekunlaşıb.
Baku Juniors-un əsas tərəfdaşlarından olan Məlhəm Hostipalın əməkdaşları oyunboyu meydandan kənarda xidmət edib, tibbi müayinəyə ehtiyacı olan futbolçulara yardım göstərib. Klubun meneceri Ağasəf Osmanlı bildirir ki, Məlhəm Hospitalın qadın futboluna bu dəstəyi çox dəyərli və vacib məqamdır.
Klubun yeni mövsüm formasında dəstəkçilər olaraq Gamepons, Tripsome, Parlaq İmzalar Nəşriyyatı, Djevo və Asadov Pro Bridge futbol agentliyini görmək olur.
Şərhlər