Xəbər lenti

Balakən: avar və inqiloyların həyat tərzi (FOTOLAR)
Foto 16:57 27.12.2017

Balakən: avar və inqiloyların həyat tərzi (FOTOLAR)

Azərbaycan bəlkə də, dünyada xalqların daha çox ünsiyyətdə olduğu, qaynayıb-qarışdığı barmaqla sayılacaq ölkələrdən biridir: rus, ukraynalı, ləzgi, talış, yəhudi, avar, udin, inqiloy, tat və başqaları... 

Avar və inqiloylar Balakən və Zaqatalada yaşayırlar. Ölkə paytaxtında və başqa bölgələrdə yaşayan nümayəndələri mütləq bu bölgədən gedənlərdir. Bu iki xalq niyə burada yaşayır? Dağıstan və Gürcüstanla sıx əlaqələr, bir çoxunun tarixin ayrı-ayrı dönəmlərində bu regiona ən yaxın məsafəyə köç etmələri və s...

Balakən və Zaqatalada yaşayan bu xalqlar Azərbaycan xalqının ayrılmaz hissəsi, ailə və dini etiqad olaraq vəhdətidir. İslam dininə bağlı müsəlman xalqlar arasında onlar dinə olan sayğıları ilə tam seçilirlər. İslam onlar üçün təmizlik, insanlığı sevmək dinidir. Balakən avarları Qabaqcöl qəsəbəsi, qəsəbə ətrafı kəndlərdə kompakt, digər kəndlərdə qarışıq yaşayırlar. Balakəndə məskunlaşma faizi: azərbaycanlılar 72.8%, avarlar 26.5%, digər millətlər 0.7%. Bu gün Balakəndə yaşayan bütün nəsillərdə hər iki xalqın nümayəndəsi var. 

İnqiloylar isə bu yanaşmada bir az mühafizəkardır. Milli azlıq olaraq onlar daha çox öz etnosu ile ailə həyatı qurmağa meyillidir. Və bu baxış bölgədə heç də ferqli durum yaratmır. Birmənalı şekildə burada yaşayan hər bir xalq qovuşmuş mədəniyyətləri ilə blakənlidir. Onların sevincləri, kədərləri, inancları eynidir. 

Qaynarinfo avar ve inqiloyların həyat tərzlərini əks etdirən fotoreportajı təqdim edir.
 
Sultana Əhmədbəyli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->