Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır.
Bununla əlaqədar olaraq Ramazan bayramı ərəfəsində "Bank Respublika”nın kollektivi "Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgənövbəti sosial aksiyasını həyata keçirdi.
Bu dəfə BankSahil qəsəbəsində yerləşən "Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyi"nin nəzdində olan Bərpa və Sosioloji mərkəzdə müalicə alan uşaqları bayram münasibətilə təbrik etdi və bank tərəfindən hazlırlanmış bayram sovqatları təqdim etdi.Bankın və "Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətin nümayəndələri görüşə qatılan 40 yaxın ailəni salamladı, onları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik etdi və bərpa mərkəzində müalicə alan övladlarına şəfa dilədi.
Layihənin həyata keçirilməsində əsas məqsəd mərkəzdə müalicə alan uşaqlara və ailələrə bayram sevincini yaşatmaq, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdan ibarət idi.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasətiçərçivəsində Bank, bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.
Şərhlər