“Bank Respublika” real sektora kreditləri 5% endirimlə təqdim edəcək

“Bank Respublika” real sektora kreditləri 5% endirimlə təqdim edəcək

Baharın gəlişi ilə mövcud biznesinizi böyütmək və yeni məqsədlərə çatmaq istəyirsiniz? Bunun üçün maliyyə dəstəyinə ehtiyacınız var? O zaman "Bank Respublika” ASC Sizinlədir!

Ölkəmizdə real sektoru aktiv dəstəkləyən və sahibkarlığın inkişafına daim öz töhfəsini verən "Bank Respublika” şəxsi biznes sahibləri üçün yeni kredit kampaniyasına start verir!

Mayın 1-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən sahibkarlar, mikro və aqro kreditlər üzrə 5%-ə qədər FAİZ ENDİRİMİ əldə edə biləcək! Kreditin maksimal məbləği 50 000 manat, müddəti isə 36 ay təşkil edir. Kampaniya çərçivəsində kreditləri 11%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə əldə etmək mümkün olacaq.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq "Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə "Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR