Bankların kredit siyasətlərində yumşalma və bir sıra yüngülləşdirici məqamlar müşahidə edilməkdədir.
Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı ekspertlər bunu bankların vəziyyətinin sabitləşməsi və bazarda daha fəal olmaq istəyindən irəli gəldiyinə diqqət çəkirlər.
Kreditlərlə bağlı daha bir vacib məqam isə faizlərin aşağı düşməsi ilə bağlıdır. Artıq banklar kredit bazarında daha çox müştəri cəlb etmək üçün faiz endirimlərinə də start veriblər.
İqtisadçı alim Vüqar Bayramov bildirir ki, bankların kreditləşmə siyasətinin genişlənməsi sahibkarların da işini asanlaşdıracaq.
Ekspertin sözlərinə görə, bankların kredit faizlərini aşağı salması, kreditləşmənin həcminin artması ölkə iqtisadiyyatının inkişafına da dəstək verəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər