“Barselona”nın kapitanlarından baş məşqçiyə incə mesaj: Hədəf top-4-lük deyil...

“Barselona”nın kapitanlarından baş məşqçiyə incə mesaj: Hədəf top-4-lük deyil...

"Barsa” çempionluq uğrunda mübarizə aparmalıdır. Başqalarının bizimkindən daha yaxşı bir heyətə sahib olduğunu düşünmürəm”.

Qaynarinfo xəbər verir ki, bunu "Barselona”nın müdafiəçisi Serji Roberto "Cadiz” ilə heç-heçədən sonra (0:0) Katalonların perspektivindən danışarkən deyib.

"Mənim üçün ilk 4-lüyə daxil olmağın heç bir əhəmiyyəti yoxdur. Çempionluq uğrunda mübarizə aparmalıyıq. Biz "Barsa”yıq, çox yaxşı heyətə sahibik. Komandamız "La Liqa"da qələbə uğrunda mübarizə apara bilər. Başqalarının bizimkindən daha yaxşı bir heyətə sahib olduğunu düşünmürəm. Əminəm ki, bu komanda uğur qazanacaq”.

Digər müdafiəçi Jerar Pike isə kuboklar uğrunda mübarizə aparmaq üçün olduğunu xatırladıb:

"Mən "Barselona”da ona görə deyiləm ki, çempionatda ikinci ya üçüncü olaq, kuboklar uğrunda mübarizə aparmaq üçünəm. 5 oyundan sonra Kataloniya klubu La Liqa cədvəlində 7-ci yerdədir. "Barselona”nın formasını ikinci və ya üçüncü olmaq üçün geyinmirəm. Mən kuboklar uğrunda mübarizə aparmağa gəlmişəm. Bəzən belə anları yaşamalısan. Azarkeşlərin dəstəyini hiss edirik, vəziyyət hamımız üçün çətindir. Əminəm ki, belə bir başlanğıc olsa da, kuboklar uğrunda mübarizə aparacağıq. Komandanın əhval-ruhiyyəsi yaxşıdır, oynamaq həvəsindəyik. Hamımız birlikdə işləməyə başlamalıyıq. Sona qədər mübarizə aparacağıq, buna heç kim şübhə etməməlidir. Azarkeşlərə ehtiyacımız var. Pis başlamağımıza baxmayaraq, onların köməyinə ehtiyacımız var”, - deyə Pike qeyd edib.
 
Qeyd edək ki, futbol ekspertləri Barsa kapitanlarının bu fikirlərini baş məşqçi Ronald Kumanın təslimçi fikirlərinə cavab hesab ediblər.

Xəyal Abdullayev
XƏBƏRLƏR
BLOGLAR
X