Xəbər lenti

İdman 16:31 22.10.2021

"Barselona" Mbappeni Madriddən oğurlamaq istəyir

"Barselona” PSJ ilə müqaviləsi başa çatdıqdan sonra, 2022-ci ildə Kylian Mbappeni Madriddən oğurlamağa çalışacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə xəbəri İspaniyanın Diario AS qəzeti yayıb. Katalonlar Neymarın 222 milyon avroya PSJ-yə transferini təşkil edən məşhur agent Pini Zahavi ilə əlaqə yaratmaq istəyirlər.

Mbappenin PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatacaq, Barsa yalnız imza haqqı ödəməli olacaq. Və "Real Madrid” 50 milyon avro təklif etməyə hazırdırsa, Barselona 90 milyon təkilf edəcək.

Yeganə problem odur ki, Madriddə Mbappeyə "Barselona"dan qat-qat yüksək maaş təmin edə bilərlər.

Daha əvvəl Kilian özü PSJ-dən yalnız Madridə getməyə hazır olduğunu bildirsə də, gələcək üçün heç bir zəmanət verməmişdi.

22 yaşlı futbolçu 184 matçda PSJ-də 138 qol vurub və 60 məhsuldar ötürmə verib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->