“Bəli, “Barselona” Messidən asılıdır. Çünki o, komanda üçün əvəzolunmaz oyunçudur. Messi əvəzolunmaz futbolçudur”.
Qol.Az-ın yaydığı məlumata görə, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta deyib.
Komandada dəyişikliklərin mümkünlüyü haqda danışarkən İnyesta bildirib ki, hazırkı heyət böyük uğurlara nail olmağa qadirdir: “Biz “Barselona” güclənməlidir” deyərkən komandanın daha yaxş oynamasını nəzərdə tuturuq. İndiki heyət bunu etmək gücündədir. Bu mənada, biz köklü nəyisə dəyişməməliyik” – deyə o qeyd edib.
Qaynar.info
Şərhlər