Baş həkimə, müavininə xəbərdarlıq edildi, iki həkimə və tibb bacısına şiddətli töhmət verildi

Baş həkimə, müavininə xəbərdarlıq edildi, iki həkimə və tibb bacısına şiddətli töhmət verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalması ilə bağlı məlumatlara münasibət bildirib.

Qurumdan "Report"a verilən məlumata görə, ötən il iyulun 2-də pasiyent Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunub. 

"2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.

Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib", - TƏBİB-dən bildirilib. 
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR