Xəbər lenti

Baş nazir:
Ekonomiks 12:41 05.12.2023

Baş nazir: "Gələn il inflyasiya birrəqəmli proqnozlaşdırılır"

Büdcədə neft qiyməti 60 ABŞ dolları müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı baş nazir Əli Əsədov deyib.

Əli Əsədov qeyd edib ki, hökumətin antiinfilyasiya tədbirləri, qlobal ərzaq bazarlarında qiymətlərin enməsi və digər tədbirlər inflyasiyaya azaldıcı təsirlər göstərir: 

"Gələn il inflyasiyanın birrəqəmli olması proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 11 ayda orta aylıq inflyasiya 9,4 % olub, illik inflyasiya isə 2,6 % təşkil edib. İnflyasiyanın iqtisadi artım üçün məqbul səviyyənin təmin edilməsi, habelə fiskal və monitar siyasətinin təmin edilməsi üçün zəruri tədbirlər davam etdiriləcək".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->