Baş nazir Novruz Məmmədov "İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edib.
Qaynarinfo xəbər verir ki, qaydalar "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Prezidentin fərmanının 1.2-ci bəndinə əsasən hazırlanıb.
Qərarda Əmlak Məsələləri Dövlət Komitəsinə Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə isə "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin "Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görmək həvalə edilib.
Şərhlər