Xəbər lenti

Baş nazirin ayaqqabısı etiraza səbəb oldu - FOTO
Dünya 17:00 06.09.2013

Baş nazirin ayaqqabısı etiraza səbəb oldu - FOTO

İslandiya baş naziri Sigmundur David Gunnlaugssonun ABŞ prezidenti Barak Obama ilə görüşə iki fərqli ayaqqabı geyinərək getməsi diqqətləri üzərinə çəkib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obamanın İsveçin paytaxtı Stokholma səfəri zamanı baş tutan görüşə baş nazirin fərqli ayaqqabılarda gəlməsi medianın da diqqətindən yayınmayıb.

Nazirlik yaranan situasiya ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. Bildirilib ki, baş nazirin sol ayağında virus üzündən yara əmələ gəldiyi üçün o, idman ayaqqabısı geyinib: “Belə bir toplantıda qaydalar məlumdur. İdman ayaqqabısı geyinməməli idi, lakin vəziyyət izah edildikdən sonra digər liderlər də anlayışla qarşıladılar”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->