Ölkə 17:40 24.10.2020

Baş Prokurorluq: "Gəncədə 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub"

Oktyabrın 4, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub.

Baş Prokurorluqdan Qaynarinfo-ya verilən məlumata görə, raket və ağır artilleriya hücumları nəticəsində 138 nəfər yaralanıb.

Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.