Baş redaktor:

Baş redaktor: "Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq"

Gundemxeber.az saytının baş redaktoru Şirin Cəfəri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova müraciət edib.

Qaynarinfo xəbər verir ki, baş redaktor Əhməd İsmayılova dəstək verməyə hazır olduqlarını bildirib:

"Əhməd İsmayılov "Real TV”yə müsahibəsində jurnalistlərlə birlikdə hər cür müzakirələrə ​hazır olduğunu vurğuladı və qeyd etdi ki, agentlik olaraq media subyektləri, jurnalistlər və KİV sahəsində çalışan ekspertlər tərəfindən verilən bütün təkliflərə, müzakirələrə hər zaman müsabət yanaşacaqlar. Biz də belə bir çağırışı nəzərə alırıq və Medianın İnkişafı Agentliyinin rəhbəri tərəfindən irəli sürülən təklifi alqışlayırıq. Azərbaycan mətbuatında fəaliyyət göstərdiyim 23 illik təcrübəmi əsas tutaraq, mən də bu yöndə müəyyən təkliflərimi irəli sürməyə hazıram. Əgər adı çəkilən quruma rəhbərlik edən Əhməd İsmayılov media sahəsinə aid məsələləri müzakirə etmək üçün məni də dəvət edərsə, təklifi məmuniyyətlə qəbul edərəm. Əsas odur ki, ictimai-siyasi həyatımızda medianın fəaliyyəti şəffaf olsun və Prezidentin KİVDF-dən sonra yaratdığı qurum hansısa qüvvələr tərəfindən "monopoliya”ya alınmasın. İnanıram ki, Əhməd İsmayılov gənc kadr olaraq, əvvəlki komandanın yolunu davam etdirməyəcək və o, Azərbaycan mətbuatının​ inkişaf etdirilməsi üçün lazımi addımlarını atacaq".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR