Dünya 13:36 17.07.2019

Başına 10 milyon dollar qoyulan terrorçu həbs edildi

ABŞ-ın başına 10 milyon dollar qoyduğu terrorçu Hafiz Məhəmməd Səid Pakistanda həbs edilib.

Qaynarinfo xəbər verir ki, Ləşkəri Tayiba qruplaşmasının qurucusu, təşkilatın siyasi qolu Cəmaatüd Davanın lideri Lahordan Qucranvala şəhərinə gedərkən terrorla mübarizə üzvləri tərəfindən tutulub. 

Qeyd edək ki, Ləşkəri Tayiba 2001-ci ildə Hindistanda parlamentində, 2006 və 2008-ci illərdə Mumbayda terror aktı törədilib. 2008-ci il hücumundan sonra ABŞ Hafiz Məhəmməd Səidi qırmızı bülletenlə axtarılan şəxslər sırasına əlavə edib və başına 10 milyon dollar qoyub.

Gülşən