Xəbər lenti

Başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları ilə bağlı yenilik
Ölkə 20:55 22.05.2020

Başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları ilə bağlı yenilik

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun barədə açıqlama verib.

Qaynarinfo-nun xəbərinə görə, o qeyd edib ki, Prezidentin imzaladığı yeni qanuna əsasən, başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının 1 ay müddətində bu barədə məlumat verməməsi artıq cinayət məsuliyyətinə səbəb olmayacaq:

"Bu şəxslər 1 aylıq müddətin keçməsinə baxmayaraq artıq heç bir əlavə narahatlıq olmadan məlumat verə bilərlər. Məlumat Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə elektron qaydada göndərilə bilər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->