Belarusun BATE klubunun prezidenti Anatoli Kapski vəfat edib.
Qaynarinfo xəbər verir ki, 52 yaşlı sədr 20 yaşından bəri xərçənglə mübarizə aparırdı. Kapski son illərdə ürək əməliyyatı keçirib, qaraciyər və böyrəklərindəki problemə görə komada qalıb. Anatoli Kapski 1996-cı ildə BATE klubunun yaradan şəxslərdən biri olub.
Qeyd edək ki, BATE bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub və komandamızı mübarizədən kənarlaşdırıb.
Gülşən
Şərhlər