Dünya 18:51 14.06.2021

Bayden: “Putinin dəyişəcəyinə dair heç bir zəmanət yoxdur”

ABŞ-Rusiya münasibətlərini normallaşdırmağın ən yaxşı yolu iki dövlətin liderləri arasındakı danışıqlardır. 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden İngiltərədə keçirilən G7 sammitinin sonunda deyib. Bayden Prezident Vladimir Putinlə şəxsi görüşünün ölkələr arasındakı münasibətlərin yaxşılaşdırılması üçün imkanlar yaradacağına ümid etdiyini açıq şəkildə bildirib.

O, rus həmkarının ikitərəfli münasibətlərin "ən aşağı nöqtədə" olduğu fikri ilə razılaşdığını bildirib. Onun sözlərinə görə, bu əlaqələrin gələcək vəziyyəti "Rusiyanın beynəlxalq normalara əməl edib-etməyəcəyindən" asılı olacaq.

Bayden ABŞ-ın "Rusiya Federasiyası ilə qarşıdurma axtarmadığını", lakin Moskvanın beynəlxalq hüquqa zidd hərəkətlərini "həll etməyi" rəhbər tutduğunu açıqlayıb.

Ağ Evin başçısı jurnalistlərə Putinlə çox "açıq" olacağını da deyib. Co Baydenin fikrincə, Putini Rusiya Federasiyasının davranışını dəyişdirmə ehtiyacına inandıra biləcəyinə dair heç bir zəmanət yoxdur.

İndiyə qədər ABŞ liderinə görə, onun dövləti "müəyyən strateji doktrinalar sahəsində" və qlobal istiləşmə ilə mübarizədə Rusiyayla əməkdaşlıq edə bilər.
Bayden-Putin zirvəsi 16 iyun Cenevrədəki Villa La Grange-da baş tutacaq.
 
Alpər