Xəbər lenti

Bayden Trampı ələ saldı: dünya liderləri ona gülür (VİDEO)
Dünya 13:58 06.12.2019

Bayden Trampı ələ saldı: dünya liderləri ona gülür (VİDEO)

ABŞ-ın sabiq vitse-prezidenti və 2020-ci il prezident seçkilərində demokratların namizədi Co Bayden rəqibi, ABŞ Prezidenti Donald Trampı dünya liderlərinin güldüyü fiqur olmaqla tənqid edib.

Qaynarinfo xəbər verir ki, Bayden NATO-ya üzv dövlətlərin sammiti çərçivəsində təşkil edilən ziyafətdə Kanada, Hollandiya, İngiltərə və Fransa liderlərinin Tramp haqqındakı söhbəti də daxil olmaqla Ağ Ev rəhbərinin bir neçə görüntüsündən yığılan videonu sosial şəbəkə hesabında paylaşıb. 

"Dünya Prezident Trampa gülür. Onun həqiqətən təhlükəli dərəcədə səriştəsiz və dünya liderliyində aciz olduğunu görürlər. Ona ali baş komanan olması üçün daha dörd il verə bilmərik", - deyə Bayden yazıb.

Qeyd edək ki, video hesaba yükləndiyi 12 saat ərzində 6,7 milyon dəfə izlənilib. Hazırda videonun baxış sayı 10 milyona yaxındır.

Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->