Xəbər lenti

Bayden Trampı “son dərəcə axmaq adam” adlandırdı
Dünya 09:17 27.05.2020

Bayden Trampı “son dərəcə axmaq adam” adlandırdı

Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden koronavirus pandemiyası fonunda fərdi qoruyucu tədbirlər görmək istəmədiyinə görə hazırkı prezident Donald Trampı "son dərəcə axmaq adam" adlandırıb.


Qaynarinfo xəbər verir ki, CNN-ə verdiyi müsahibə zamanı xanım jurnalist Baydenin ictimai bir tədbirdə çəkilmiş fotoşəkillərinin altına Trampın bəyənməmək işarəsi qoymasını xatırladıb və bununla Amerika liderinin maska taxmamaqla rəqibinin zəif olduğunu diqqətə çatdırmaq istədiyini deyib.

 

 

Buna cavab olaraq Bayden Trampın "çox axmaq olduğunu" və "prezidentlərin yalançı kişilik nümayiş etdirməməli olduqlarını" qeyd edib.

Bundan əlavə, siyasətçi vurğulayıb ki, qorunmaqdan imtina "insanlara öz həyatları hesabına başa gələ bilər".

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->