Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi bu gün rəsmən təsdiq olundu.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli KİV-ə açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rasi-zadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrıldığını bildirmişdi.
Qaynarinfo xəbər veirr ki, Bizim Yol kirayə haqqı üçün sakinlərə ayrılan vəsaitin məbləğini dəqiqləşdirib. Məlum olub ki, hər bir kirayəyə köçürülən ailə (ev) üçün 250 manat kirayə haqqı müəyyən edilib. Sakinlər isə bu məbləğə etiraz edərək, 250 manatın 1 otaqlı kirayə evin qiyməti olduğunu bildirib.
Onlar saytımıza bildiriblər ki, Bayıl sürüşmə zonasından köçürülən ailələrin ailə tərkibi demək olar hamısında, azı 3-4 nəfərdir: "Necə ola bilər ki, bu qədər adam bir otaqda kirayə yaşasın. Burada evli olan, yanında atası-anası, bacısı, qardaşı olanlar var. Bu məsələ həll edilməlidir”.
Şərhlər