Xəbər lenti

“Bazarstore”da satılan düyünün tərkibi heyrət doğurdu (VİDEO)
Video 15:11 22.02.2019

“Bazarstore”da satılan düyünün tərkibi heyrət doğurdu (VİDEO)

"Bazarstore”da satılan "Delicate” basmati düyünün sağlamlıq üçün təhlükəli olduğu bildirilir. "Azərsun” Holdinqə daxil olan "Bazarstore” supermarket şəbəkəsində satılan "Delicate” basmati düyünün sağlamlıq üçün təhlükəli olduğu bildirilir.
 
Bizimyol.info-ya müraciət edən vətəndaş "Bazarstore”dan aldığı düyünün süni qida olduğundan şübhələnib həmin düyünü qaz sobasına atıb. Düyü şam kimi əriyib.

Qeyd edək ki həkimlər süni düyülərin də həyat üçün təhlükəli olduğunu, hətta xərçəngin yaranmasına gətirib çıxardığını bildirirlər.

Bu iddia ilə bağlı "Azərsun Holdinq”in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərova 12 fevral 2019-cu il tarixində informasiya sorğusu göndərilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->