Bəhram Bağırzadənin son durumu ilə bağlı açıqlama

Bəhram Bağırzadənin son durumu ilə bağlı açıqlama

"Bəhram Bağırzadənin vəziyyəti qənaətbəxşdir”.

Qaynarinfo xəbər verir ki, bunu apa-ya açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, uzun müddətdir, heç kəsin ümidi olmadığı halda üzərində müalicələr aparılıb və EKMO cihazından ayrılandan sonra uzun müddət süni tənəffüs aparatında qalıb: "Son iki gündə süni tənəffüs aparatından ehtiyac olmadan, tamamilə ayrılmış vəziyyətdədir. Realibitasiya işləri davam etməkdədir. Yəqin ki, tibbi nöqteyi-nəzərdən təhlükəsizliyi tam şəkildə təmin olduqdan sonra qısa müddət içərisində palataya yerləşdiriləcək. Analizlərin nəticələrinə görə bədənin ümumi parametrləri normaldır. Lakin uzun müddət reanimasiyada dərin koma vəziyyətində yatdığına görə orqanizmin fiziki olaraq da normal vəziyyətə gəlməsi üçün vaxta ehtiyac var. Düşünürəm ki, Bəhram Bağırzadə problemsiz şəkildə yaxın günlərdə sevdikləri ilə görüşə biləcək”.

R. Mahmudov bildirib ki, B.Bağırzadə danışa bilir: "Əlbəttə ki, traxeostoma var. Buna görə səs istənilən kimi çıxmaz. Tam ayılandan sonra istədiyi kimi danışacaq.

Qeyd edim ki, Bəhram Bağırzadənin bir neçə gün əvvəl ilk olaraq Birinci vitse-prezident Mehriban Əliyeva ilə danışıb, göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Bəhram Bağırzadə hamının tanıdığı şəxs, ümidin olmadığı vəziyyətdə olduğuna görə bu qədər gündəmə gəldi. Amma unutmamaq lazımdır ki, xəstəxanada yüzlərlə o cür xəstə var. Dünyada tibbin qəbul etdiyi, COVID-in müalicəsində bilinən və bilinməyən çoxlu fərqli düşüncə və metodlar var. Bunlar hər kəsə tətbiq olunur. Sadəcə, bu barədə mediaya hər gün, davamlı məlumat vermək doğru sayılmır”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR